RU

Bir günün bir ömürlük xatirəsi: Xankəndidə futbol matçı -VİDEO

Ötən ilin bu günü Azərbaycan üçün daha bir tarixi an yaşanırdı. Minlərlə insan Xankəndi şəhər stadionunda və televiziya qarşısında Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" və Mərkəzi Ordu İdman Klubu arasında matçı izləyirdi. Xankəndi, Qarabağ, Ordu, bu matçı rəmzi edən məfhumlar idi. Amma rəmzə rəmz qatanlar da var idi. Xankəndini bizə bəxş edən şəhidlərin övladları. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusilə şəhid əmanətlərinə diqqətlə yanaşması, matçı birlikdə izləməsi onların xatirələrində xoş təəssüratlarla dolu izlər buraxdı. Uşaqlar üçün sevincə sevinci həm də futbolçular qatıb. Onların rəğbət mərkəzində isə Abdullah Zubir olub. Şəhid övladı olmasının qürurunu bir ömür boyu yaşayacaq bu balacalara, Xankəndidəki matç daha bir xoş gün, bir ömürlük xatirə bəxş etdi.

“İki sahil” Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Şəhid övladları 1 il öncə keçirilən qarşılaşmada yaşadıqları unudulmaz anlarla bağlı təəssüratlarını Peşəkar Futbol Liqasının süjetində bölüşüblər.

Избранный
2
6
ikisahil.az

7Источники