Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.
Azreform.info Unikal.az-a istinadən xəbər verir ki, hadisə Goran qəsəbəsində körpünün yaxınlığında baş verib.
Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 1997-ci il təvəllüdlü qadının körpüdən yıxıldığı ehtimal edilir.
Qeyd edək ki, qadın içkili vəziyyətdə olduğunu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.