RU

Bakıda cinayət hüququ müzakirə olunan konfrans keçirilir

Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.SeherXeber.org xəbər verir ki, konfransda çıxış edən Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti professor İlham Rəhimovun sözlərinə görə, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, eləcə də, Türkiyə, Rusiya, Çin, İtaliya, Qazaxıstan, Yunanıstan, Albaniya, Belarus, Serbiya və Bolqarıstandan nüfuzlu hüquqşünas alimlər iştirak edir.  "Ümumilikdə 12 dövlətdən 39-dan artıq nümayəndə iştirak edir",-o qeyd edib. Tədbirin əhəmiyyətindən danışan Rəhimov bildirib ki, yeni reallıqlar  cinayət hüququna yeni yanaşmalar zəruri edir. "Konfransda yeni reallıqlara uyğun  cinayət hüququna və fəlsəfəsinə yeni baxışlar,  yanaşmalar, buna uyğun olaraq hansı addımların atılması kimi məsələlər müzakirə olunacaq",-Rəhimov qeyd edib.Konfransda Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin  Araşdırılması Mərkəzinin direktoru, professor Lopaşenko Natalya Aleksandrovna  “Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz  hadisələr  haqqında düşüncələr”,  professor Xanlar Ələkbərov“Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda çıxış edib.

DənizSeherXeber.org

Избранный
11
2
seherxeber.org

3Источники