"Bir çox ölkənin hüquq elminin nümayəndələrinin də iştirak etdiyi beynəlxalq konfransda cinayət siyasətinin fəlsəfi, hüquqi problemləri müzakirə olundu".
Bu sözləri News24.az-a açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti barədə danışarkən deyib.
"Cinayət siyasəti, cəza siyasəti ümumilikdə optimal cəza tətbiqinin müəyyən edilməsi və digər məsələlərlə bağlı çox maraqlı mühazirələr dinlənildi. Çox dərin və geniş diskussiyalar aparıldı. Hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən həm elm adamları, həm də tətbiqi prosesdə iştirak edən hər bir kəs üçün çox maraqlı bir konfrans oldu", - deyə o bildirib.
Günel Məlikzadə