"Tesla" şirkəti təkər təzyiqi monitorinq sistemindəki xəbərdarlıq işığı ilə bağlı problem səbəbindən 700 min avtomobili geri çağırır.
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının açıqlamasına görə, bu problem 2024-cü il istehsalı olan “Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və 2020-2025-ci illərin istehsalı olan “Model Y” modellərində qeydə alınıb. "Tesla" şirkəti problemi həll etmək məqsədilə müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.