Qazaxda minik maşının vurduğu piyada xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü R. Nəbiyevin həyatını xilas etmək mümkün olmayıb.
***
08:43
Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonda yerləşən yanaqcaqdoldurma məntəqəsinin yaxınlığlnda qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü R.Nəbiyev yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.