RU

İlham Rəhimov yenidən prezident seçildi

Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqları Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri" mövzusunda beynəlxalq konfrans yekunlaşıb.

Musavat.com xəbər verir ki, 12 ölkənin hüquq üzrə elm adamları cinayətkarlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Mütəxəssislər cinayətkarlıqla mübarizədə yeni metodları, müasir innovativ vasitələrdən istifadənin mümkünlüyünü müzakirə ediblər.

Hüquqşünaslar müxtəlif cinayətlərlə mübarizədə təmsil etdikləri ölkələrin təcrübələrini paylaşıblar. O cümlədən cinayətlərin yeni formaları-kibercinayətkarlıq və başqa mövzuları əhatə edən mühazirələr təqdim olunub.

Təxminən 5 saat davam edən konfransın yekununda hüquq elmləri doktoru, professor İlham Rəhimov yenidən yekdilliklə Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqları Assosiasiyasının prezidenti seçilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
27
1
musavat.com

2Источники