Lerik rayonunda qanunsuz ov faktı aşkarlanıb.
Viral.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində A.Vəliyevin rayonun Xanagah kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub.
Ondan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı aşkarlanıb.
Son Yazılar:
- Lerikdə qanunsuz ov edən şəxs saxlanıldı
- Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü
- “Fənərbağça”nın baş məşqçisi əməliyyat üçün ölkə xaricinə yollanacaq
Araşdırma aparılır.