RU

Kurban Berdiyevin heç-heçə şərhi

“Turan Tovuz” Misli Premyer Liqasının XVIII turunda doğma meydanda “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– İki fərqli hissə izlədik. İlk yarıda oyunçularım çox həyəcanlandılar, lazım olan aqressiyanı göstrərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oynadıq. İkinci yarıda oyundan razı qaldım. Futbolçular aktiv idi, yaxşı oynayırdılar deyə əvəzetmə etmədim. Son dəqiqələrdə zədəsi olmasına baxmayaraq, Roderik Millieri oyuna buraxdıq. O da özünü yaxşı göstərdi.

– Ayxan Hüseynovun son vaxtlar oynamamasının səbəbi nədir?

– Kimin oynamasının fərqi yoxdur. Kim yaxşıdırsa, onu da meydana buraxırıq. Meydanda olanlar yaxşı oynadığı üçün bu gün dəyişiklik etmədim.

– Qış fasiləsinə 3-cü yerdə yollandınız. Nəticəni necə hesab edirsiniz?

– Mövsümün əvvəlində bunu məndən soruşsaydılar, deyərdim yaxşı nəticdir. Amma elə oyunlar oldu ki, lazımsız xallar itirdik.

Избранный
20
3
msport.az

6Источники