RU

Kerçdə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Kerç boğazında qəzaya uğrayan tankerlərdən mazut sızması səbəbindən Kerçdə bələdiyyə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

SİA-nın məlumatına görə, “Krıminform” xəbər verir ki, bu barədə Krım Respublikası Nazirlər Şurasının sədr müavini İqor Mixayliçenko bildirib. Mazutu dənizdə, eləcə də Yeni-Kale qalası və Zmeynı burnu yaxınlığındakı sahildə tapılıb.

Dağılan neftin təmizlənməsinə 112 nəfər, iki gəmi və 12 texnika cəlb olunub.

Daha əvvəl məlum olub ki, batmış tankerlərdən mazut Krımın şərq hissəsinə çatıb.

Sahillərin təmizlənməsində respublikanın informasiya siyasəti üzrə rəhbəri Oleq Kryuçkovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri, eləcə də Krım Respublikasının Ekologiya və Resurs Ehtiyatları Nazirliyi və Kerç şəhəri iştirak edir.

Əli Babayev

Избранный
22
sia.az

1Источники