RU

"Gecə saat 3-də ərimə zəng edib, yuxudan oyadıb deyib ki..." - aşıqlar arasında QALMAQAL

"Gecə saat 3-də ərimə zəng edib, yuxudan oyadıb deyib ki..." - aşıqlar arasında QALMAQALAşıq Telli Borçalı bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Zülfiyyə İbadovanın yenidən onun haqda danışmasına əsəbiləşib. "Həmin Zaur" verilişinə açıqlamasında Telli Borçalı həmkarının yalan danışdığını iddia edib və onun ünvanına bu sözləri bildirib:

"Guya mən onun restoranına getmişəm, sazım orada qalıb. Onu otuzdurub danışıblar. Ağzına gələni danışıb. Elə bir şey olmayıb. Başından yekə yalanlar danışıb. Nə qədər ki, ssenarini o başladıb, mən də onu davam etdirəcəyəm. Deyir ki, mən qalmaqal sevmirəm. Sən qalmaqalın kvadratı yox, kubusan. Sən qalmaqaldan ötrü ölürsən. Fakt göz qarşısındadır. Sənin başın üçün deyil mənim haqda danışasan. Neçə dəqiqə haqqımda danışmısan. Mən sənin haqda o qədər danışsam, yer yerindən oynayar. Sus! Sən kimlərin qızışdırmasına, uydurmasına gedirsənsə, seçimin düz deyil. Nə etsən də ürəyindəkilərin heç biri olmayacaq" deyə münasibət bildirib.

Moderator.az-a açıqlamasında isə aşıq Zülfiyyə İbadova həmkarının sözlərinə qarşılıq olaraq bunları bildirib:

"Verillişi mən izləməmişəm, bu haqda məlumatım yoxdur. Yalçın Uğur "Yalçınla bir gün" verilişində məndən soruşdu ki, münasibətiniz necədir? Mən də söylədim ki, o hadisədən sonra onu görməmişəm, salam versə salamını alaram. Verilişdə dünən danışıb, xoflanıb ki, Zülfiyyə məndən danışıb. Sənin nəyindən danışacam ki? Bu adam başa düşsə görər ki, mən verilişdə artıq-əskik heç bir söz danışmamışam. Əgər o dərk etmirsə, mən nə deyim? Başa düşən adama gərək söz deyəsən. Kim mənim haqqımda danışırsa, demək ki, mən o adamdan qabaqdayam. Qoy nə istəyirsə danışsın. Mən bu mövzuya başqa cür don geyindirə bilmirəm. Hətta mən verilişdə demişəm ki, kaş bu söz-söhbət olmayaydı, üz-üzə gəlsək belə salamlaşarıq. Salam Allahın salamıdır. Mən kimisə söymüşəm ki? Nə demişəm ki? Kimisə üzünə söyməmişəm ki! Özümdən arxayınam. Haqqımda nə danışa bilər ki? Şükür Allaha elə bir səhvim yoxdur ki, oturub efirdə ondan danışsın. Xanıma belə danışıq yaraşarmı? Yəqin ki, Telli bu cür danışığı, çıxışı özü-özünə yaraşdırır".

Zülfiyyə İbadova daha sonra bildirib ki, Telli ilə münasibətləri çox yaxşı olub:

"Mən kimdən gözləsəm də, ondan gözləməzdim. Dəfələrlə bizim evdə qonaq olub, deyib-gülüb, danışıb zarafatlaşmışıq. Hətta kim nə qədər aramıza girmək istəsə belə, mən imkan yaratmamışam. Görünür Telli buna imkan yaradıb. Mənə deyirlər ki, bu paxıllıqdan başqa bir şey deyil. Amma nəyin paxıllığını çəkirsə bilmirəm. Şükür Allaha, gözəlliyi var, sənəti var, tamaşaçı kütləsi var. Bəlkə də bir çoxları bilmir ki, söhbət nədən qaynaqlanır? Mətanət Əliverdiyevanın "Xəzər axşamı" verilişində qonaq idik. Mən, Manaf Ağayev və başqaları. Dedi sizə suallar verəcəm, sadəcə bir az şou xarakterli cavablar verin. Əvvəl Manafa sual verib dedi ki, toya kimi çağırmasan səndən inciməz? O da dedi ki, Zülfiyyəni çağırmasam məndən inciməz, çünki o ağıllı qadındır, nə demək istədiyimi başa düşür. Manaf iki adamdan birini seçməli idi. Manaf ərk edib mənim adımı çəkdi, onda belə çıxır ki, mən də ondan inciməli idim? Sonra mənə sual verib dedi ki, aşıq Zülfiyyə sazını kimə əmanət edə bilməz? Variantlar da aşıq Telli və aşıq Samirə idi. Mən də Telli ilə gündə bir yerdə olduğumuz üçün ərk edib onun adını çəkdim. Və Allah şahiddir ki, həqiqətən də həmin günü sazı bizdə qalmışdı. Gecə saat 2-3 radələrində zəng edib yoldaşımı yuxudan oyadıb və restoranı açıb sazını vermişik. Mən bunu yalan demirəm. Amma bu sözü qəsdən yox, ərkyanə demişəm. Telli bu sözü mənim haqqımda desəydi həqiqətən də inciməzdim. Əgər sən məni dost bilmişdinsə gərək belə danışmazdın, deyərdin ki, ora bizim ocağımızdır".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.

Избранный
14
3
big.az

4Источники