RU

ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurdu

Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.

Publika.az xəbər verir ki, hər iki pilot katapult edib və xilas edilib, onlardan biri yüngül xəsarət alıb.

ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır. Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi. Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.

Избранный
25
26
publika.az

10Источники