RU

Toy günü qırmızı almanın verilmə səbəbi – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Medianews.az xəbər verir ki, “Toy günü qırmızı almanın verilmə səbəbi” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Dərələyəz elində bayram adətləri, toy keçirmə qaydalarından söz açıb.

O bildirib ki, Dərələyəz mahalında toyların, bayramların keçirilmə qaydası müxtəlif olub. Xəşilin üzərinə bəkməzdən günəş şəkli adətə görə çəkilirdi. Hamamdan çıxandan sonra heyva dilimləyib yemək, həmçinin ilaxır çərşənbə gecəsi xeyir-şər ruhları fəallaşır deyə qədr tutmaq lazımdır.

O, oğlan uşağını küldən çıxarmaq adətinin mənası, toylarda verilən yeməklər, alma ilə vurma adəti, toy günü qırmızı almanın verilmə səbəbi, oğlanların “ciyər axşamı” mərasiminin əsas qaydaları ilə bağlı maraqlı faktlara aydınlıq gətirib.

A.Cəfərova qızların hamamlaşma mərasimi zamanı oynadıqları oyunlar və oxuduqları mahnılardan da danışıb.

Избранный
12
medianews.az

1Источники