RU

Suriyadakı silahlı qruplar bir strukturda birləşir -FOTO

Suriyanın müxtəlif silahlı qrupları ölkənin Müdafiə Nazirliyinin nəzarəti altında bir strukturda birləşdiriləcək.

 

“Al Watan” nəşri xəbər verir ki, bunu Suriyanın yeni hökümətinin başçısı Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) deyib.

 

Məlumata görə, Culani müxtəlif silahlı qruplaşmaların rəhbərləri ilə görüş keçirib və prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya ordusunun yeni formatı müzakirə olunub.

 

“Suriya silahlı qrupları Müdafiə Nazirliyinin nəzarəti altında vahid strukturda birləşdiriləcək”, - məlumatda deyilir.

 

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.

Избранный
10
1
senzor.az

10Источники