RU

"Yaşamaq istəyirdi, amma..." - Aktyorun xanımı

"Yalçının təzyiqi düşüb. Həkimlər nə qədər çalışsalar da, onun təzyiqini qaldıra bilməyiblər".

Redaktor.az xəbər verir ki, bunu Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun həyat yoldaşı Səbinə Səlimova deyib.

O bildirib ki, həyat yoldaşı həm də dializ xəstəsi imiş:

"Dializ olunanda təzyiqi enib. Baxıblar ki, vəziyyəti pisdir, reanimasiyaya yerləşdiriblər. 3 gündür orda idi. Yanına da buraxmadılar. Gecə saat 4:00-da xəbər etdilər ki, Yalçın dünyasını dəyişib. Onun ciyərləri dəyişəndən sonra yaxşı idi, amma ötən il qəfildən sarılıq keçirdi. Onda həkimlər stend qoydu. Stendən sonra böyrəkləri iflas etdi".

Səbinə Səlimova həyat yoldaşının çox əziyyət çəkdiyini vurğulayıb:

"Xəstəlikdən gözü açılmadı, biri sağalanda biri başladı. Qutu-qutu dərmanlar qəbul edirdi. Sanki çörək əvəzinə dərman yeyirdi. Yaşamaq istəyirdi, amma olmadı".

Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünyasını dəyişib.

Xatırladaq ki, bir müddət öncə aktyor qaraciyər sirrozundan əziyyət çəkib və ona aktyora qaraciyər köçürülmüşdü (milli.az). 

Избранный
7
12
redaktor.az

10Источники