RU

Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun yerinə Florida senatorluğuna namizədliyini geri götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun X sosial şəbəkəsindəki hesabında məlumat verilib.

"Müzakirələrdən sonra adımı ABŞ Senatının müzakirəsindən çıxarmaq qərarına gəldim", deyə o yazıb.

Lara Tramp daha əvvəl Rubionun dövlət katibi təyin ediləcəyi təqdirdə Senatda onun əvəzlənməsi ehtimalını şərh edərək, Senatda yer almağı düşündüyünü açıqlamışdı.

Noyabrın 6-da Tramp bildirib ki, qızı İvanka Tramp və kürəkəni Jared Kuşnerin mühüm məsləhətçi rollarını icra etdiyi ilk müddətdən fərqli olaraq, övladları yeni administrasiyada olmayacaq.

ABŞ prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Vaşinqtondakı Kapitolidə baş tutacaq. Tramp and içəcək, sonra ona söz veriləcək. Mərasim parad və inauqurasiya balı ilə davam edəcək.

Aydın
Избранный
21
50
qaynarinfo.az

10Источники