Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.
News24.az xəbər verir ki, ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Məlumata görə, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.
Obyektin fəaliyyəti dayandırılıb.
Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.
Araşdırma aparılır./report