RU

Bakı sakinlərinə müjdə: böyük layihə işə düşür - BUNDAN SONRA...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verib. Bu barədə agentlikdən bildirilib.

Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalacaq, habelə “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılacaq.

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolunda müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək. Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək. 

Yolun ümumi uzunluğu 3896 metr, hərəkət zolağının sayı 6, hərəkət zolaqlarının eni 3.5 m, tunellərin sayı 4, yeraltı piyada keçidlərinin sayı isə 3 ədəd olacaq.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, Bakının Baş planında bir çox istiqamətlər üzrə layihə nəzərdə tutulub. 

“Mənim təklifim isə 20 Yanvar  və Xırdalan dairələri, eyni zamanda Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişmə nöqtəsi ilə bağlıdır. Babək prospektindən Heydər Əliyev prospektinə çıxan sürücüləri saatlarla tıxacda saxlayıb, Y.Səfərov küçəsini boşaltmaqla iş bitmir. Orada məşhur bir hotel var, onun bir hissəsi sökülməli və dəmir yol xəttini daha təhlükəsiz formada keçirməklə altdan bir zolaq əlavə yol artırılmalıdır. Bununla da H.Əliyev prospektinə daha rahat çıxış olsun. Babək prospektinə hər gün bir inspektoru qoyub orada pik saatlarda hərəkəti saxlamaq çıxış yolu deyil. Bu ən primitiv, ən kustar üsuldur.  Bu məsələdə ciddi iş görülməlidir.  

Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədov öz şəxsi maraqları naminə yol infrastrukturunda ciddi nöqsanlara yol verib. Bu özünü Bakı-Quba yolunda da göstərdi. Uzun illər ərzində salınan yol iki ildən sonra dağıldı. Dövlət tərəfindən yenidən vəsait ayrıldı. 

Yusif Səfərov küçəsində,  Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsində keçmiş nazirin buraxdığı ciddi bir səhv var. Heydər Əliyev prospekti Y.Səfərov küçəsindəki dəmir yol xəttinin üstündən körpü vasitəsi ilə Bakı şəhər Baş Polis İdarəsinin qarşısına birləşməli imiş. Amma orada tikilən “Tramp Tauer” binası buna mane olub.  Yəni öz şəxsi maraqları naminə o istiqaməti dəyişiblər.  Bakının  bir nömrəli yolunu ilanvari formaya salıblar. Həmin yolda hər gün qəza olur. Geriyə dönən sürücülər iki zolaqda gəlir. Çünki bütün layihələrə dar düşüncə ilə baxılıb. Onun əziyyətini isə sadə vətəndaşlar çəkir.  

20 Yanvarda tikilən körpü standart modeldir. Gənclikdə salınan tunel isə nisbətən daha yaxşıdır, şaxələnir. Eyni modeli 20 Yanvarda yaratmalı idilər. Körpü şaxələnməli idi.  Onun üzərindən Şərifzadə küçəsinə yol salınmalı idi, daha sonra Qələbə dairəsinə gedə bilərdik.  Eyni zamanda 3-cü mikrorayon dairəsinə rahat düşə bilərdik. Ancaq elə bir layihə etdilər ki, sadaladığım istiqamətdə gedən sürücülərin hamısını 20 Yanvar dairəsinə yığdılar.  Bu layihə beşikdə ölü doğulan körpə kimi bir şey idi.  Ona görə də 20 Yanvar dairəsinə heç bir əlac tapılmadı.  

Ziya Bünyadov prospekti 20 Yanvarda tunel və ya körpü vasitəsi ilə Alatavadan birbaşa kənar dairəvi yola birləşməli idi. 

Səhər saatlarında şimal istiqamətindən Bakıya gələnlər tıxac yardır. Axşamlar isə Xırdalan dairəsinə görə Sumqayıt istiqamətində tıxac olur.  Xırdalan dairəsində genişləndirmə işi aparanda biz bildirdik ki, genişləndirməyə heç bir ehtiyac yoxdur.  Maksimum bir zolaq genişləndirmək olardı. Bu zolaq Xırdalan dairəsinə girən nəqliyyatın hərəkətinə ayrılmalı idi.  “Koroğlu” metro stansiyasının üzərindəki asma körpüdən Xırdalan dairəsində də salmaq lazım idi.  Lakin bəlli olmayan səbəbdən bu layihələr edilmədi". 

Mənbə: Musavat.com

Избранный
4
8
hit.az

9Источники