Ağstafada 18 yaşlı Mədinə Qədimova qətlə yetirilib.
“İki sahil”in AZƏRTAC-a istinadən verdiyi məlumatına görə, hadisə Ağstafada küçələrin birində qeydə alınıb.
Məlumata görə, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.