RU

Ölən 3 nəfər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.
 
Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb.
 
“Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.
 
Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.
 
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.
 
Onların gəlinin bibiləri olduğu bildirilib.
 
Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
22
7
moderator.az

10Источники