Rusiya hərbçiləri Donetskin Kuraxovo şəhərindən Ukrayna Silahlı Qüvvələrinin bölmələrini praktiki olaraq geri çəkilməyə məcbur ediblər.
Axar.az xəbər verir ki, bunu Donetsk "respublikasının" qondarma rəhbəri Denis Puşilin deyib.
“Kuraxovoda bölmələrimiz praktiki olaraq düşməni hündürmərtəbəli binalardan və şəhərin mərkəzindən çıxarıblar. Şimal-qərbdə hələ də düşmənin olmaq imkanı olan ərazilər var. Gördüyümüz kimi, Kuraxovun tam azad edilməsi çox da uzaqda deyil”, - Puşilin qeyd edib.