“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiperin yubileyi Premyer Liqanın XVIII turuna təsadüf edib.
Bayramov “Səbail”lə səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.