1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Volqoqradda (Rusiya) məhkəmə icraçıları 80 min rubl cərimə toplayan və soyadını üç dəfə dəyişdirən borclunu tapıblar.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə regionun Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.
Volqoqrad sakini vergi, yol polisi cərimələrini, kreditora olan borcunu ödəməyib və məhkəmə icraçılarından gizlənib. Qısa müddət ərzində o, üç dəfə soyadını dəyişib ki, onu tapmaq mümkün olmasın. Lakin uzun müddət məhkəmə icraçılarından gizlənə bilməyib.
Borclunun soyadını müəyyən edən məhkəmə icraçıları onun bütün hesablarına həbs qoyublar. Pulsuz qalan Volqoqrad sakini özü xidmətin ofisinə gələrək həmin gün borcunu tam ödəyib.