Xəbər verdiyimiz kimi, Xırdalanda yaşayış binasında güclü partlayış olub, nəticədə dörd nəfər xəsarət alıb.
Bakupost.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.