Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarla, iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Medicina.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olduğu üçün bu həftə ardıcıl yeddi gün iş olacaq. 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.
Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.