RU

"Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır" - Rusiya kəşfiyyatı

Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır. Heç kim onun müharibəyə cəhd etməyəcəyinə zəmanət verə bilməz.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Moldova Prezidenti bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib. “Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb. Heç kim təminat verə bilməz ki, Moldova Prezidenti həqiqətən regionda real müharibəyə başlamağa cəhd etməyəcək”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Избранный
1
50
azpolitika.info

10Источники