Aktual.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olduğu üçün bu həftə ardıcıl yeddi gün iş olacaq. 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.
Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.