RU

"250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim edilib"

“Hazırda 3315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir”. SİA xəbər verir ki, bu sözləri TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib. O qeyd edib ki, icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür: "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 2023-cü ilin 11 ayı üzrə 572 milyon 710 min 547 manat təşkil etdiyi halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 809 milyon 724 min 452 manat təşkil etməklə, ümumilikdə 42% artım izlənilib.

Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib: “Beləliklə, icbari tibbi müayinələrin tələb olunduğu işlərdə və zərərli amillərlə işləyənlərin bütün müayinələri tam əhatə olunub.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib.

Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur. Layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib: "Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər.

Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıq haqqında tibbi arayışın elektronlaşdırılması da cari ildə rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdəndir. Artıq 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim edilib”.

Избранный
9
8
sia.az

10Источники