Braziliyada Estreita və Agiarnopolis şəhərlərini birləşdirən Juscelino Kubitsçek de Oliveira adlı böyük yol körpüsünün bir hissəsi uçub.
Söz.az xəbər verir ki, bu barədə G1 portalı ölkənin Federal Yol Polisinə (PRF) istinadən məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb. ölən şəxsin 25 yaşlı qadın olduğu bildirilib. Daha 2 nəfər isə xilas edilərək xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti ilə bağlı açıqlama verilməyib.
Bundan əlavə, beş nəfər itkin düşüb.
Milli Nəqliyyat İnfrastruktur Departamentinin (DNİT) nümayəndələri körpünün 533 metrlik hissəsinin çökdütünü bildiriblər.
Hadisədən öncə Agiarnopolis şəhər parlamentinin üzvü Elias Junior körpüdə böyük çatların yaranması ilə bağlı video çəkib. Çəkiliş zamanı tikili çökməyə başlayıb.