RU

Masallıda şagirdlər xüsusi qayğıya ehtiyacı olan uşaqlar qarşısında tamaşa ilə çıxış ediblər

Masallı, 24 dekabr, İlkin Adıyev, AZƏRTAC

Masallı rayonu təhsil sektorunun dəstəyi və Dəmirçi kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Leyla Şıxəlizadənin təşəbbüsü ilə "Həmrənglilər tamaşası" nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Masallı “ASAN xidmət” mərkəzinin kinozalında səhnələşdirilib. Dəmirçi kənd ümumi orta məktəbinin şagirdləri, tamaşada göstərdikləri maraqlı və yumoristik səhnələrlə qonaqları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar sevindiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək, müxtəlif tamaşalar təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, musiqilər ifa ediblər.

Tədbirin sonunda Şaxta baba və Qar qız səhnəyə çıxaraq uşaqlarla birlikdə Yeni il bayramını qeyd ediblər.

Избранный
8
2
azertag.az

3Источники