2025-ci il Azərbaycanda ikinci tibb müəsisəsinə HIMSS 6 sertfiaktı verilməsi gözlənilir. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov dekabrın 23-də jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib.
"Yeni Klinika Qafqazın ən uğurlu layihəsidir. Hansı ki, bu xəstəxana dünyanın ən nüfuzlu sertfikatı olan HİMSS 6 sertfikatını alıb. Növbəti ildə ikinci tibb müəsisəsimizin bu sertfikatı alması gözənilir. Bu Azərbaycan səhiyyəsi üçün böyük uğur olacaq. Məqsədimiz bu sertfikatı əldə edən tibb müəsisəslərimizin sayını artırmaqdır", - Qurbanov bildirib.
HIMSS (Healthcare Information and Management Systems Society) səviyyə 6 sertifikatı, səhiyyə müəssisələrində elektron səhiyyə məlumatlarının (EHR - Electronic Health Record) istifadəsini və idarəetməsini yüksək standartlarla qiymətləndirən bir sertifikasiya səviyyəsidir. Bu sertifikat HIMSS tərəfindən təqdim edilən EMRAM (Electronic Medical Record Adoption Model) və ya O-EMRAM (Outpatient EMRAM) modellərinin yeddidərəcəli qiymətləndirmə sistemində 6-cı səviyyəyə çatmış müəssisələrə verilir.
HIMSS-in ən yüksək səviyyəsi 7-dir. Səviyyə 7, tamamilə rəqəmsallaşmış və analitik texnologiyaları mükəmməl istifadə edən səhiyyə müəssisələrinə verilir.
HIMSS 6 almaq, bir müəssisənin rəqəmsal transformasiyada irəlilədiyini və beynəlxalq standartlara uyğun xidmət göstərdiyini nümayiş etdirir.
HIMSS 6 almaq, bir müəssisənin rəqəmsal transformasiyada irəlilədiyini və beynəlxalq standartlara uyğun xidmət göstərdiyini nümayiş etdirir.
Gülnar Nazimqızı
www.anews.az