RU

Yatmadan əvvəl telefondan istifadə edənlərin NƏZƏRİNƏ: Sağlamlığa bu ziyanları VAR

Bəs, bunun sağlamlığımıza təsiri nədir? 

Ajans.az xəbər verir ki, mövzu ilə bağlı çıxış edən Prof. Dr. Levent Öztürk yatmazdan əvvəl telefonla vaxt keçirməyin təsirlərindən danışıb.

Mütəxəssislərin fikrincə, artan telefon aludəliyi xüsusilə gəncləri yatmaqdan saxlayır. Yuxu sağlamlığını bərpa etmək üçün ən azı bir saat əvvəl yuxu mühitini tutqunlaşdırmaq və elektron cihazlardan, o cümlədən smartfonlardan uzaq durmaq tövsiyə olunur.

Trakya Universiteti Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk mobil telefonların yatmazdan əvvəl lazım olan melatonin hormonunun ifrazını boğduğunu və bu səbəbdən yuxuya getməyin çətinləşdiyini bildirib.

Smartfonların yuxuya bir neçə fərqli şəkildə mənfi təsir etdiyini söyləyən Prof. Dr. Öztürk keyfiyyətli yuxu üçün məsləhətlər verib.

Cib telefonlarının parlaq işıqları olduğunu söyləyən Prof. Dr. Öztürk “Xüsusən də yeni modellərdə bu işıq mavi spektrə doğru dəyişib. Ona görə də o işığa məruz qalmaq beyindən ifraz olunan melatonin hormonunun basdırılmasına səbəb olur. Biz bu hormonu yuxu stabilizatoru hesab edirik. Bu baxımdan melatonin əskikliyi yuxuya getməyi çətinləşdirir” ifadələrini işlədib.

Digər amilin isə yuxu vaxtını cib telefonu ilə sərf olunan fəaliyyətlərlə əvəz etmək olduğunu ifadə edən Prof. Dr. Öztürk qeyd edib ki, video izləmək, oyun oynamaq və ya dostlara mesaj göndərməklə vaxt keçirmək yuxuya getmə vaxtını gecikdirir.

Избранный
16
Ajans.az

1Источники