Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Yeniavaz.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyinizlə Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə nail olmasını, bundan sonra da sürətlə inkişaf etməsini diləyir, Sizə ən xoş arzularımı çatdırıram. Əminəm ki, qardaş xalqlarımız arasında mövcud olan sıx dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir. Mən bizim münasibətlərimizi çox yüksək qiymətləndirirəm və Sizinlə olan bütün görüşlərimizi həmişə səmimi hisslərlə xatırlayıram. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük müvəffəqiyyətlər, ailənizə xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”. ***
Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram. Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. ***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik. Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir. Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk. Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksək səviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Hörmətli Prezident, Zati-aliləri. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir. Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram”. ***
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizin yürütdüyü müdrik və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası davamlı surətdə inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir. Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır. Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.