RU

Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



13 yaşlı Kamillanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Elmira İsmayılova məlumat verib.
O bildirib ki, onun övladı bir neçə xəstəlikdən əziyyət çəkir:
"Kamillanın 13 yaşı var. Demək olar ki, doğulan gündən müalicələr etdiririk. Hər dəfə həkimə gedəndə onun yeni bir xəstəliyini öyrənirik. Bir neçə il əvvəl o, gözündən ağır əməliyyat keçirib. Onun böyrəklərində, qaraciyərində və ginekoloji çox ciddi problemləri var. Ginekoloji problemlərinə görə hazırda onun bədənində çoxlu çiban çıxır. Bunun müalicəsi üçün isə o 10-15 seans plazmafarez terapiyası qəbul etməlidir. Bunun bir seansı üçün isə bizim 70 manata ehtiyacımız olur".
Elmira İsmayılova övladına təkbaşına baxdığını deyib:
"Biz yoldaşımla illərdir ayrılmışıq, nə aliment verir, nə maddi hər hansısa dəstək olur. Özüm güc-bəla ilə Kamillanı bu günə kimi gətirib çıxarmışam. Son bir neçə aydır onun müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilirik. Hazırda Kamillanın müalicələrini edə bilmək üçün 2 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 706-05-21.
Leo Bank: 5411 2498 0319 7784.
Избранный
20
50
oxu.az

10Источники