RU

Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır



Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır.

Newscenter.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir.

Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sevinc Mehdiyeva
Избранный
17
41
newscenter.az

10Источники