Bakıda obyektdə baş vermiş yanğın söndürülüb.
SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsindəki beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğının genişləməsinə, o cümlədən binaya keçməsinə imkan vermədən qısa müddətdə söndürüblər.
18:52
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.