RU

Prezidentin sərəncamları ilə bağlı operativ şərh

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd Azərbaycanda əhalinin social təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi.

Musavat.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov bildirib.

İqtisadçı millət vəkili davamında bunları vurğulayıb:

“Sənədlə gələn aydan minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Öncədən proqnozlaşdırıldığı kimi həm minimum əmək haqqında, həm də minimum pensiyada artımlar iki rəqəmli olacaq. Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir. Eləcə də Vahid Tarif Cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır”.

V.Bayramov bildirib ki, iqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir:

“Minimum əməkhaqqının artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə bilməz”.

Musavat.com

Избранный
20
4
musavat.com

9Источники