ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Şimali Amerikanın ən hündür dağının - Denali adını dəyişəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Amerikanın Səsi"nə müsahibəsində deyib.
Tramp Alyaska yerlilərinin dağa verdiyi adın 1901-ci ildə öldürülən ABŞ-ın 25-ci prezidenti Uilyam MakKinlinin adı ilə əvəzlənəcəyinə söz verib.
Keçmiş prezident Barak Obama 2015-ci ildə Alyaskalıların tərəfini tutaraq və bu adla bağlı onilliklərlə davam edən mübahisəyə son qoyaraq, MakKinli dağının adını rəsmi olaraq Denali adlandırıb. Zirvə 1917-ci ildən rəsmi olaraq MakKinli dağı adlanır.