RU

Bu MTK vətəndaşların pulunu alıb evini vermir – VİDEO  

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Pravda.az-ın məlumatına görə, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Избранный
25
3
yenigundem.az

10Источники