RU

Burada onlara yer yoxdur! - Ərdoğan

Türkiyə PKK qüvvələrinin və onun yerli qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin yerləşdiyi qonşu Suriyanın şimalında məqsədyönlü əməliyyatları davam etdirəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib. "Suriyada terrorçu qruplaşmaların ünsürlərinə qarşı məqsədyönlü əməliyyatları dinc əhaliyə zərər vermədən cərrah dəqiqliyi ilə davam etdirmək niyyətindəyik. Suriyanın və bölgəmizin gələcəyində heç bir terror təşkilatına, o cümlədən İŞİD və PKK-SNA-ya yer yoxdur", - deyə Türkiyə Prezidenti bildirib.

Избранный
6
8
sia.az

10Источники