RU

Xankəndidə təhsil işçisi intihar etdi - Foto

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Xocalı rayon sektorunun əməkdaşı, Xocalı rayon sakini Nəcəf Əyyub oğlu Həsənov intihar edib.

“Qafqazinfo” xəbər verir ki, o, dekabrın 23-də saat 19 radələrində Xankəndi şəhərində müəllimlər üçün ayrılmış binada özünə xəsarətlər yetirərək həyatına son verib.

47 yaşlı təhsil işçisinin hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

Избранный
8
6
qafqazinfo.az

10Источники