RU

Azərbaycanda onların saxlanılması "bayram oldu" - Polisə təşəkkür etdilər

Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla  “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edənlər saxlanılıb.

Ölkə.Az xəbər verir ki, saxlanılanlar arasında tanınmış aparıcı Azər Zahidin də olması insanlar tərəfindən təqdir edilib.

Sosial şəbəkə istifadəçiləri sözügedən xəbərlə bağlı fikirlərini sərt bir dillə ifadə ediblər.
Həmin şərhlərdən bəzilərini təqdim edirik:
Politoloq Fərid Şahbazlı: “DİN-in milli-mənəvi dəyərlər sistemimizi hədəf seçən bu əxlaqsız şəbəkəyə qarşı mübarizəsini bir vətəndaş olaraq dəstəkləyir və minnətdarlıq edirəm”.
Nurlan Cəfəri: “Şükür, bunlara “dur” deyən oldu”, 
Yasin Məhərrəmov: “Bunların cəzalandırılması yaxşı haldır, amma jeton göndərən cəmiyyət barəsində bir tədbir görmək lazımdır. Axı onları cəmiyyət bu həddə çatdırıb”.
Timur ata: “Heç vaxt düşünməzdim ki, öz vətəndaşımın həbsinə sevinərəm”
Əkrəm Həsənov: “Bunlar avam, cahil insanların pulunu dələduzluq yolu ilə sökürlər. Tez bir zamanda “TikTok”da aktiv olan dələduz fırıldaqçı fala baxanları da təmizləsələr, əla olar”.
Əfqan Quliyev: “Gecənin bundan gözəl xəbəri ola bilməzdi”
Timur Təbrizli: “Xahiş edirəm, artıq-əskik yazın”.
Məhəmməd İsmayılov: “Kim nə deyirsə desin, belələri mənəviyyatımaza ziddir, həbs olunmalıdır”.
Vüqar İsyavev: “Artıq qaçılmazdır. Bu ölkədə mütləq əxlaq polisi yaranmalıdır”. 
Şəhla Fərəcova: “Verilişin aparıcısının icazəsi olmadan hansısa iştirakçı ora drel gətirib digər iştirakçıya şüuraltı sözlər deyə bilər? İştirakçılar oyunu aparıcısının qoyduğu qaydalara görə oynayır. Aparıcı "xodunu al", " xoda salma bunu" , "burada qaydaları mən qoyuram" və digər ifadələrlə iştirakçıları idarə etdiyini açıq şəkildə bildirirdi”. 

Billurə Yunus
 

Избранный
31
5
olke.az

6Источники