Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Nəcəf Həsənovun intiharı xəbəri ilə bağlı açıqlama yayıb.
Yenisabah.az xəbər verir ki, Nəcəf Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”, - məlumatda vurğulanıb.
Telegram kanalımız