RU

ABŞ Suriyanı bombaladı: Ölən və yaralanan var

ABŞ-ın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 2 İŞİD terrorçusu ölüb, 1-i yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Bildirilib ki, Suriyanın Deyr əz-Zor bölgəsində İŞİD qüvvələrinə qarşı hava zərbəsi endirilib. Hücum zamanı silahla dolu yük maşını da məhv edilib:

“Bu hava hücumu CENTCOM-un regiondakı tərəfdaşları ilə birlikdə terrorçuların ABŞ, onun müttəfiqləri və tərəfdaşlarına qarşı mülki və hərbi hücumları planlaşdırmaq və həyata keçirmək imkanlarını azaltmaq və pozmaq öhdəliyinin bir hissəsidir”.

Избранный
10
3
publika.az

4Источники