RU

Daha bir tiktoker həbs olundu

Tiktokda kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.
Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini Tiktok sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Xanlar Ziyadov saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə Tiktok sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir
ONN İnformasiya Agentliyi
Избранный
5
49
onn.az

10Источники