RU

Masazır qəsəbəsində küçələr zibil poliqonuna dönüb - QURUM MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Masazır qəsəbəsində küçələr zibil poliqonuna dönüb. Bu barədə sosial şəbəkələrdə bir sıra görüntülər yayılıb. Belə ki, Masazır qəsəbəsi, Akim Abbasov küçəsi 212 ünvanının sakinləri yaşadığı ərazinin zibilliyə çevrilməsindən şikayətçidirlər. Sakinlər bildirir ki, yaşayış yerlərinə yaxın ərazilərdə zibil qabları yerləşdirilməyib və buna görə də insanlar zibilləri yolların kənarına atırlar. Zibilliyə çevrilən ərazi küçə itlərinin məskəni olmaqla yanaşı, həm də sakinlər üçün təhlükə yaradır.

SİA mövzu ilə bağlı Abşeron Rayon Masazır Kənd Bələdiyyəsinə sorğu ünvanlayıb. Bələdiyyənin nümayəndəsi Azər Osmanov bildirib ki, sözügedən küçədə məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər yerləşdirilib: “Gündəlik iki dəfə həmin əraziyə texnika ayrılır. Daşınma üsulu ilə həmin məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər daşınır.

Görüntülərlə bağlı texnikalarda nasazlıq yarananda yubanma baş verir. Bu zaman həmin əraziyə başqa texnikamızı cəlb edərək yaranan problemi aradan qaldırırıq”.

Ayşən Vəli

Избранный
12
sia.az

1Источники