Manset.az bu barədə ABŞ mətbuatına istinadən bildirir. Keçmiş Prezidentin rəhbər müavini Anxel Urenanın jurnalistlərə verdiyi məlumata görə, 78 yaşlı Prezident Klinton "qızdırması qalxdıqdan sonra müayinə və müşahidə üçün MedStar Georgetown University Hospital xəstəxanasına yerləşdirilib".
Onun sözlərinə görə, "Prezident yaxşıdır" və "Klinton Milad bayramına qədər evdə olacağına ümid edir".