RU

İlhamə Elşadqızı da SAXLANILDI

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Xəbər verilir ki, bu tədbirlər çərçivəsində özünü şair kimi təqdim edən İlhamə Elşadqızı saxlanılıb.

Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir. 

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.


Избранный
14
41
azia.az

10Источники