RU

Bu ölkədə 250 xəzinə gəmisi aşkar edildi

Portuqaliyalı alim ölkə sularında göyərtəsində xəzinələr olan yüzlərlə gəmi aşkar edib.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə arxeoloq Alexander Monteyru yüksək açıqlama verib.

O, 1500-cü ildən bəri Portuqaliya sahillərində baş vermiş 8620 gəmi qəzasının məlumat bazasını tərtib edib.

Bu məlumatları təhlil edən Monteyru elə qənaətə gəlib ki, tərkibində xəzinə olan ən azı 250 gəmi Azor adaları, Madeyra və həmçinin materikdən kənarda yerləşməlidir.

“Materik sahillərində təxminən 7000 gəmi, Azor adalarında 1000 və Madeyrada 120 gəmi var. Onlar orada yoxa çıxıblar”, – deyə o, izah edib.

Monteyru 1615-ci ildə Azor adalarında Faial adasının yaxınlığında batan “Nossa Senhora da Luz” flaqman gəmisinin qalıqlarını tapdığını da iddia edir.

Arxeoloq onu da bildirib ki, Portuqaliyanın materik yaxınlığındakı Troya yarımadasının sularında 1859-cu ildə göyərtəsində 22 ton qızıl və gümüşlə batan Nossa Senhora do Rosario gəmisi yerləşir.

Eyni zamanda Monteyro bildirib ki, bu barədə bu məlumat çoxdan dərc olunub, lakin ölkə hökuməti hələlik heç bir tədbir görməyib.

 

Избранный
13
medianews.az

1Источники