RU

Məşhur mütəxəssis "Roma"nın kapitanını yanına aparır - SON DURUM

"Roma"nın kapitanı Lorentso Pelleqrini qış transfer pəncərəsində iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport" yayıb.

Xəbərə görə, yarımmüdafiəçinin xidmətində "Napoli" maraqlıdır. Mənbə neapolluların baş məşqçisi Antonio Kontenin 28 yaşlı futbolçunun performansını bəyəndiyini və rəhbərlikdən onun heyətə qatılmasını xahiş etdiyini vurğulayıb.

Hazırda iddialarından uzaq düşən "canavarlar"ın vəziyyətindən narazı olan Lorentsonun "Napoli"yə keçmək variantına isti yanaşdığı bildirilib. 

Sözügedən oyunçunun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Cari mövsüm bütün turnirlərdə 18 matça çıxan Pelleqrini 1 qolla yadda qalıb.

Nihat

Избранный
4
fanat.az

1Источники